Rusiyanın dondurulmuş aktivləri Ukraynaya veriləcək: Co Bayden müvafiq sənədi imzaladıbackend

Rusiyanın dondurulmuş aktivləri Ukraynaya veriləcək: Co Bayden müvafiq sənədi imzaladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağ Ev Rusiyanın dondurulmuş aktivlərinin Ukraynaya yardım məqsədilə köçürülməsinə icazə verən qanun layihəsini dəstəkləyib.

Editor.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi ABŞ Milli Təhlükəsizlik Şurasının (MTŞ) Senatın Xarici Əlaqələr Komitəsinə və Konqresdəki həmsöhbətlərinə və prezident Co Baydenin administrasiyasına noyabr ayı memorandumuna istinadən məlumat yayıb.

“Qanun layihəsi icra hakimiyyətinə Ukraynanın maraqları naminə Rusiyanın suveren aktivlərini ələ keçirmək üçün lazım olan səlahiyyətləri verəcək”, – sənəddə deyilir. Materiala görə, Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibənin ikinci ildönümünə az qalmış G7 sammitində belə bir tədbirin tətbiqinin müzakirəsi planlaşdırılır.

ABŞ Konqresi hesab edir ki, bu tədbir Ukraynaya əlavə maliyyə yardımı kimi qəbul edilə bilər, lakin qanun layihəsi Senat komitəsi və Nümayəndələr Palatasının rəhbərləri tərəfindən razılaşdırılmalıdır.

//Samir Qurbanov, Editor.az

Facebook Notice for EU! You need to login to view and post FB Comments!