Rusiyanın əlindən heçnə gəlmir:”Bölgədəki vəziyyət onun ziyanına dəyişib”-ŞƏRHbackend

Rusiyanın əlindən heçnə gəlmir:”Bölgədəki vəziyyət onun ziyanına dəyişib”-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan martın 1-də keçirilən Xocalı görüşündə konkret tələb irəli sürüb ki, inteqrasiya prosesi həyata keçirilməlidir”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Asif Nərimanlı deyib.

Onun sözlərinə görə, bu şərti qəbul edənlər bölgədə qalacaq, etməyənlər isə çıxıb getməlidir:

“Bu məsələ hazırda beynəlxalq müstəvidə Azərbaycan-Ermənistan münasibətləri fonunda gedən danışıqlar çərçivəsində əsas bəndlərdən biridir. Rəsmi Bakıya bu məsələdə Qərb və ABŞ dəstək olduğunu bildirib. Azərbaycan da erməni əhalisinin hüquq və təhlükəsizliyinə zəmanət verməlidir. Biz bunu qəbul edirik. Sadəcə prosesin indi başlanması bizə bir qədər çətinlik yaradır. Çünki dünya tərəfindən Qarabağdakı erməni əhalisi ilə separatçılar arasında çox da böyük fərq qoyulmur. Təmsilçi kimi separatçılar masaya gəlir. Bakı isə bunu qəbul etmir. Xocalı görüşü əslində bizim üçün bir növ imkan oldu. Göstərdik ki, erməni əhalisi ilə danışıqlara razıyıq. Bu isə separatçıların istəyinə uyğun deyil. Onlar tərəf kimi çıxış etmək istəyirlər. Bu istə nə beynəlxalq müstəvidə, nə də Azərbaycan tərəfindən dəstəklənir”.

Politoloqun fikrincə, separatçıların bu gün yeganə çıxış yolu isə Qarabağda təxribatlara əl ataraq gərginlik yaratmaqdır:

“Bununla da birgə yaşayışın mümkün olmadığını göstərməyə çalışırlar.
Laçın yolunda başlayan aksiyalar ermənilərin arzularını reallaşdırmağa mane oldu. Bu səbəbdən başqa yollar vasitəsi ilə silah-sursat daşınmağa başlandı. Bu da güclənməyə və daha böyük təxribatların törədilməsinə hesablanıb. Arayik Artunyan, David Babayanın verdiyi açıqlamalar da göstərir ki, erməni əhali arasında Azərbaycana inteqrasiya tərəfdarları var. Son baş verən silahlı insident də nümayiş etdirir ki, qeyri-qanuni birləşmələr hər vəchlə bu prosesə mane olmağa çalışırlar. Amma Bakı buna imkan verməyəcək. Artıq bu bölgədə proseslərin yekunlaşması, sülhün əldə edilməsi, erməni əhalisinin hüquq və təhlükəsizliyinin təmin edilməsi üçün yeganə yol Qarabağdan separatçıların təmizlənməsidir. Onlar orada olduğu müddətdə yerli əhaliyə də təhlükə yaradırlar.Əhali rahat yaşamaq istəyir. Hazırda elə bir vəziyyət yaranıb ki, separatçıların bölgədən çıxarılması ilə yanaşı nəzarət-buraxılış məntəqəsinin yaradılması da aktualdır. Rusiya sülhməramlıları bölgədə təmsil olunsalar da Moskvanın edəcəyi heçnə yoxdur. Çünki mümkün vəziyyət onun üçün də müsbət deyil. Avropa ittifaqı missiyasının gəlişi bölgədəki vəziyyəti rusların ziyanına dəyişib”.
 
//Safura Bənnayeva, Editor.az