Rusiyanın ən böyük neft emalı zavodlarından birində partlayış və yanğın baş veribbackend

Rusiyanın ən böyük neft emalı zavodlarından birində partlayış və yanğın baş verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avqustun 26-da Rusiyanın Omsk şəhərində (OMPZ) ölkənin ən böyük neft emalı zavodlarından birində partlayış baş verib.

Editor.az bildirir ki, bu barədə “Astra” Telegram kanalı məlumat yayıb. Onun sözlərinə görə, yanğın müəssisənin ərazisində başlayıb. Hadisə şahidlərinin çəkdiyi videoda zavoddan qara tüstünün qalxdığı görünür. Kanal Rusiya Federasiyasının əməliyyat xidmətlərinə istinadən yazır ki, yanğın min kvadratmetr ərazini əhatə edib.

Omsk Neft Emalı Zavodunun mətbuat xidmətindən RBC-yə bildiriblər ki, iki nəfər xəsarət alıb. Onlar əmin ediblər ki, yanğına səbəb “texnoloji avadanlıqların yanması” olub və zavod normal işləyir. Nəşr qeyd edir ki, Omsk Neft Emalı Zavodu illik emal həcmi 21 milyon tondan artıq neftlə Rusiya Federasiyasının ən böyük neft emalı müəssisələrindən biridir. Xüsusilə, Rusiya benzininin hər altıncı litri orada istehsal olunur.

//Samir Qurbanov, Editor.az