Rusiyanın ən böyük neft emalı zavodu yanırbackend

Rusiyanın ən böyük neft emalı zavodu yanır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada Omsk neft emalı zavodunun ərazisində irimiqyaslı yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyi yanğının 300 kvadratmetrə yaxın ərazini əhatə etdiyini və neft emalı üçün nəzərdə tutulmuş qurğunun yandığını bildirib. “om1.ru” yazır ki, prokurorluq yanğınla bağlı araşdırmalara başlayıb. Yanğın Fövqəladə Hallar Nazirliyinin xüsusi təyinatlı bölmələri tərəfindən söndürülür, – məlumatda deyilir.

Daha sonra NEZ-in mətbuat xidməti yanğının nasos stansiyasının köməkçi otağında başladığını bildirib. “Avtomatlaşdırılmış yanğınsöndürmə texnikası və yanğınsöndürmə xidməti yanğını tez bir zamanda lokallaşdırıblar.

Xatırladaq ki, Omsk Neft Emalı Zavodu Qazprom Neftə məxsusdur. Bu, Rusiyanın ən böyük neft emalı müəssisələrindən biridir. Ümumilikdə zavodda 50-yə yaxın növdə neft məhsulları istehsal olunur.

//Samir Qurbanov, Editor.az