“Baxmut hər iki tərəf üçün sadəcə müharibə davam etdirmək xatirinə uğrunda döyüşülən şəhərdir. Çünki Rusiya və Ukraynanın növbəti cəbhə xəttində üz-üzə gəlmək kimi fikirləri yoxdur. Çünki hər iki tərəf 1.5 illik dönəmdə resurslarını tükətdilər və indi vəziyyət kifayət qədər gərgindir. Bu proseslər göstərir ki, növbəti həyəcana və riskə ehtiyac yoxdur. Hər iki tərəf nəticəyə təsir göstərə biləcək deyil, onu uzadacaq istiqamətdə cəhdlər edir”.
Bu fikirləri Editor.az-a açıqlamasında beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli deyib.
Siyasi analitikin sözlərinə görə, Kreml xüsusi döyüş əməliyyatlarının Ukraynada hakimiyyəti dəyişmək üçün nəzərdə tutulduğunu açıqlamışdı:
” Bu baş tutmasa da hesab edirəm ki, ruslar daxili hədəflərinə çata bildilər. Belə ki, Rusiya Ordusunu böyük ölçüdə Şərqi Ukrayna, Dneprin şərq sahilləri, Donetsk, Donbas, Krımı əldə saxlayır. Rusiyanın ən böyük qalibiyyəti də elə bu hesab olunacaq”.
//Gülnarə Abasova, Editor.az