Avropa Parlamenti Rusiyanın əsas müttəfiqlərinə qarşı sanksiyalar tətbiq etməyi təklif edib.
Qeyd edək ki, Rusiyaya qarşı son sanksiyalar paketi ilə bağlı Avropa ölkələri arasında fikir ayrılıqları qalmaqdadır. Sənəd hələ təsdiqlənməyib. Brüsseldəki diplomatik departamentin nümayəndəsi bildirib ki, oktyabrın 23-24-də keçiriləcək
sammitdə anti-Rusiya tədbirləri yenidən müzakirə olunacaq. Macarıstan Rusiya qazının idxalına qoyulan qadağanın Aİ-nin təklif etdiyi tədbirlərdən çıxarılmasının tərəfdarıdır. KİV-in məlumatına görə, Slovakiya hakimiyyəti Rusiyaya qarşı yeni sanksiyalar paketini təsdiqləməyə ehtiyac görmədiyini bildirib.
//Samir Qurbanov, Editor.az

