Rusiyanın “Eurovision” təmsilçisi dəyişdibackend

Rusiyanın “Eurovision” təmsilçisi dəyişdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanı bu ilin may ayında Rotterdamda keçiriləcək “Eurovision” beynəlxalq mahnı müsabiqəsində müğənni Manija təmsil edəcək.

Editor.az qafqazinfo-ya istinadən xəbər verir ki, Manija müsabiqədə “Russian Woman” (“Rus qadını”-red.) adlı mahnını ifa edəcək.

Bundan əvvəl Rusiyanı “Eurovision-2020″də təmsil etməli olan “Little Big” qrupu builki milli seçim turuna qatılmaqdan imtina etmişdi.

Sayca 65-ci “Eurovision” müsabiqəsi ötən il 12-16 may tarixlərində Rotterdamın “Ahoy” zalında “Open Up!” (“Açıl!”-red.) sloqanı altında keçirilməli idi. Lakin 2020-ci il martın 18-də Avropa Yayımları Birliyi müsabiqəni koronavirus pandemiyası səbəbindən təxirə salmaq qərarına gəldi.

Loading...