Rusiyanın Fələstin-İsrail münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasına təqdim etdiyi qətnamə layihəsi rədd edilb
BMT Təhlükəsizlik Şurası Rusiyanın Fələstin-İsrail münaqişəsi ilə bağlı qətnamə layihəsini rədd edib.
Editor.az bildirir ki, sənəd layihəsi Belarus, Misir, Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə də daxil olmaqla 25 ölkənin həmmüəllifliyi ilə hazırlanıb. Burada BMT Təhlükəsizlik Şurası adından mülki şəxslərə qarşı zorakılıq və düşmənçilik, eləcə də bütün terror aktları pislənib və bütün girovların təhlükəsiz azad edilməsinə çağırış edilib. Qətnamə tələb olunan 9 lehinə səs toplamayıb.
Onun lehinə 5 ölkə, əleyhinə 4 ölkə səs verib, 6 ölkə bitərəf qalıb. ABŞ, Böyük Britaniya, Fransa və Yaponiya Rusiyanın humanitar qətnamə layihəsinin əleyhinə səs verib. Rusiya, Çin, BƏƏ, Qabon və Mozambik isə layihəni dəstəkləyib. Albaniya, Braziliya, Qana, Malta, İsveçrə və Ekvador bitərəf qalıb.
Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya qeyd edib ki, qətnamə üzrə səsvermə faktiki olaraq kimin atəşkəsi və Qəzza zolağının bombalanmasına son qoymasını müdafiə etdiyini və kimin dar çərçivədə eqoist siyasi məqsədlər güddüyünü göstərdi.
//Samir Qurbanov, Editor.az

