Moskva yaxınlığındakı Kubinka ərazisində, təlim uçuşu zamanı, sınaqda olan yeni Rusiya hərbi nəqliyyat təyyarəsi Il-112V qəzaya uğrayıb.
Editor.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Birləşmiş Təyyarə Korporasiyası məlumat yayıb.
Bildirilib ki, hadisənin təfərrüatları dəqiqləşdirilir. Qəzanın səbəblərini öyrənmək üçün müvafiq komissiya yaradılacaq.

//Editor.az

