Rusiyanın hərbi təcavüzü nəticəsində Ukraynada 90 uşaq həlak olubbackend

Rusiyanın hərbi təcavüzü nəticəsində Ukraynada 90 uşaq həlak olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya komandanlığı dinc əhaliyə qarşı apardığı hərbi təcavüzü inkar etməkdə və “əməliyyatın” məqsədinin Ukraynanın “denasifikasiya” olduğunu bildirməkdə davam edir. Ukraynanın Baş Prokurorluğunun martın 14-də yaydığı məlumata görə, Rusiya işğalının başlanğıcından Ukraynada 90 uşaq həlak olub, yüzdən çox uşaq isə yaralanıb. Editor.az-ın “Amerikanın səsi”nə istinadən yaydığı həmin məlumatda daha sonra deyilir: “Ən çox qurban Kiyev, Xarkov, Donetsk, Çerniqov, Sumi, Xerson, Nikolayev və Jitomir vilayətləridir”.

Rusiyanın “denasifikasıya” adlandırdığı bu hərbi təcavüzün əsas qurbanları isə daha çox mülki şəxslər və mülkü obyektlərdir”.

  Editor.az