Rusiyanın Ukraynaya hücumları 5 gündür ki, davam edir. Rusiya hərbçilərinin hücumları nəticəsində yaralanan aralarında uşaqlarında olduğu yüzlərlə insan paytaxt Kiyevdəki xəstəxanada müalicə olunur.

Hava hücumu xəbərdarlığının kölgəsində ailələr xəstəxana dəhlizlərində qorxu içində uşaqlarının müalicəsinin tamamlanmasını gözləyir. Mühafizəçilərin növbə çəkdiyi xəstəxananın qarşısında şübhəli maşınlar fırlanır.

Editor.az türk mətbuatına istinadla xəbər verir ki, xəstəxanada çalışan həkim mətbuata açıqlamasında müharibədən əvvəl də xəstə uşaqların olduğunu və hazırda bütün xəstələrin zirzəmidə müalicə olunduğunu bildirib. Xəstələrin vəziyyətinin pis olmasına baxmayaraq müalicə olunmağa çalışıldığını deyən həkim münaqişə zamanı xəsarət alan 2 uşaq və 3 böyükə tibbi yardım göstərildiyini, vəziyyətlərinin stabil olduğunu qeyd edib.

Ukrayna Səhiyyə Nazirliyindən verilən son açıqlamada Rusiyanın Ukraynaya qarşı həyata keçirdiyi hücumlarda 14-ü uşaq olmaqla 352 mülki şəxsin həlak olduğu, 116-sı uşaq olmaqla 1684 nəfərin yaralandığı bildirilib.
//Gülnarə Abasova, Editor.az

