Rusiyanın İl-76 təyyarəsinin qəzaya uğramasından sonra Çin Ukraynadakı münaqişənin həllinə çağırdıbackend

Rusiyanın İl-76 təyyarəsinin qəzaya uğramasından sonra Çin Ukraynadakı münaqişənin həllinə çağırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin Ukraynadakı münaqişənin həllinə çağırıb.

O, bunu 65 ukraynalı əsir götürən Rusiyanın İl-76 təyyarəsinin qəzaya uğraması ilə bağlı suala cavabında bildirib.

Editor.az bildirir ki, bu barədə o, brifinqdə deyib: “Ümid edirik ki, hər bir tərəf böhranı siyasi yolla həll etmək üçün səy göstərəcək və atışma mümkün qədər tez dayandırılacaq”. Nazirlik nümayəndəsi münaqişənin deeskalasiyasına ümid etdiyini bildirib. Onun fikrincə, siyasi nizamlanma böhranlı vəziyyətdən çıxmağın yeganə yoludur.

Bundan əvvəl Çin artıq Ukrayna ərazisində hərbi münaqişənin bütün tərəflərini hərbi əməliyyatları dayandırmağa çağırıb. 2023-cü ilin fevralında Çin Xarici İşlər Nazirliyi münaqişənin həlli üçün 12 bənddən ibarət plan təqdim edib. Buraya bütün ölkələrin suverenliyinə hörmət, atəşkəs, mülki əhalinin və hərbi əsirlərin müdafiəsi və s.

Xatırladaq ki, yanvarın 24-də Belqorod vilayətində İl-76 təyyarəsi qəzaya uğrayıb. Müdafiə Nazirliyinin məlumatına görə, o, Çkalovski aerodromundan Belqoroda uçub və Ukrayna hərbçilərini mübadilə üçün daşıyıb. Təyyarədə 65 Ukrayna hərbçisi, onları müşayiət edən üç Rusiya hərbçisi və altı ekipaj üzvü olub. Hamısı ölüb.

//Samir Qurbanov, Editor.az