“Rusiyanın işğalçılıq siyasəti iflasa uğrayıb” –“38-ci paralel” əməliyyatı nəticə verəcək?-Politoloqdan ŞƏRH  backend

“Rusiyanın işğalçılıq siyasəti iflasa uğrayıb” –“38-ci paralel” əməliyyatı nəticə verəcək?-Politoloqdan ŞƏRH  

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov bildirib ki, Rusiya Cənubi və Şimali Koreya nümunəsində  cəbhədə yaranan hansısa “sərhədləri” qeydə almaqla Ukraynaya sülhü zorla qəbul etdirməyə cəhd göstərir. Bunun üçün də Koreya variantı təklif edilir. Yəni,  “38-ci paralel”.

Bu kimi addımların atılması hansısa nəticəni verəcəkmi? Rusiyanın iqtisadi böhran yaşaması, səfərbərlik planının əhəmiyyət verməməsi, qış ayından silah kimi istifadə edə bilməməsi və s. onun artıq müharibəni sonlandırmağa cəhd etdiyindən xəbər verirmi?

Məsələ ilə bağlı Editor.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə bildirdi ki, Rusiyanın Ukraynaya qarşı işğalı geosiyasi böhrandır:

“Qərblə Rusiya arasında qütblərin bölüşdürülməsi uğrunda mübarizənin tərkib hissəsidir. Eyni zamanda, Rusiya burada keçmiş SSR-ni bərpa etməyə çalışır. Amma görünür ki, onun Ukraynaya qarşı işğalçı siyasəti iflasa uğrayıb. Bu proses rəsmi Moskvanın siyasi, iqtisadi, hərbi çöküşünə gətirib çıxardıb. Şimali və Cənubi Koreya “38”-ci paralel kimi plan irəli sürməsi Rusiyanın düçar olduğu uğursuzluğun nəticəsidir. Baş Qərargah rəisi  Valeri Qerasimovun Ukrayna cəbhəsinə komandan təyin olunması göstərir ki, Rusiya çox çətin durumdadır. Özünün digər şərtləri ilə çıxış edərək atəşkəsə nail olmağa çalışır”.

Politoloqun fikrincə, Qərb xüsusilə ABŞ Rusiya-Ukrayna müharibəsi fonunda əsas katalizatordur və Ukraynanı silahlandırır:

“Bu prosesi ABŞ sona qədər aparıb Rusiyanı tükədib ordusunu sıradan çıxardacaq. Həmin istiqamətdə siyasət həyata keçirilir. Nə Ukrayna nə də ABŞ Rusiyanın bu kimi planlarını qəbul etməyəcək. Qərbin əsas məqsədi ondan ibarətdir ki, Rusiya öz daxili problemləri ilə çalxalanan bir ölkə olsun və qonşularına qarşı aqressiya siyasətindən əl çəksin. Geosiyasi çox qütblü dünya iddialarından geri çəkilsin. Aparılan bu savaş birbaşa kollektiv Qərbin qələbəsi ilə bitəcək”.
 
//Safura  Bənnayeva, Editor.az