Rusiyanın istifadəsində olan İran PUA-larının 60 %-i məhv edilibbackend

Rusiyanın istifadəsində olan İran PUA-larının 60 %-i məhv edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın hava hücumundan müdafiə qüvvələri Rusiyanın istifadə etdiyi İranın Şahed-136 kamikadze pilotsuz uçuş aparatlarının 60%-ni məhv edib.

Editor.az xəbər verir ki, bu barədə onlayn brifinq zamanı Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini, briqada generalı Aleksiy Qromov danışıb. “Sentyabrın 30-dan etibarən düşmən 20 müxtəlif təyinatlı raket, o cümlədən 13 ballistik raket buraxılışı həyata keçirib.

Bundan başqa, hərbi obyektlərə, mülki infrastruktura və qoşunların mövqelərinə zərbələr endirmək üçün 46 “Şahed-136” kamikadze pilotsuz uçan aparatından istifadə olunub ki, onlardan 24-ü məhv edilib”, – Qromov bildirib. O əlavə edib ki, bu gecə 12 kamikadze pilotsuz uçan aparatdan 9-u Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin qüvvə və vasitələri tərəfindən sıradan çıxarılıb. Ümumilikdə, düşmən “Şahed-136” kamikadze pilotsuz uçan aparatlarından istifadə etməyə başlayandan bəri 86 buraxılış qeydə alınıb ki, onların 60%-i məhv edilib”, – Qromov vurğulayıb.

//Samir,Editor.az