Rusiyanın itkiləri haqda ŞOK İDDİA – NATO təmsilçisi açıqladıbackend

Rusiyanın itkiləri haqda ŞOK İDDİA – NATO təmsilçisi açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya ordusunun Ukraynadakı itkiləri 7 mindən 15 minə qədər, yaralıları, itkinləri və əsirləri hesablasaq, ümumi itkilər 40 minə qədər ola bilər.

Editor.az xəbər verir ki, bunu NATO nümayəndəsi Amerikanın Səsinin müxbirinə keçirdiyi brifinqdə deyib. Müxbirin sözlərinə görə, NATO nümayəndəsi digər məsələlərlə yanaşı, Ukrayna məlumatlarına da istinad edib, ona görə də “bu bəyanat yəqin ki, bir növ yeni, daha dəqiq və müstəqil qiymətləndirmə hesab edilməməlidir”.

Bundan əvvəl xəbər verilmişdi ki, NATO liderlərinin sabah Brüsseldə keçiriləcək sammitində Ukraynaya kimyəvi, bioloji, radioloji və nüvə təhlükələrindən qorunmaq üçün avadanlıqların verilməsinə dair razılıq əldə olunacaq.

Prezident Vladimir Zelenski NATO-nun martın 24-də keçiriləcək sammitində video formatda iştirak edəcək. O, Rusiyanın ukraynalılara və mülki infrastruktura qarşı hərbi cinayətlərinin dayandırılmasının zəruriliyindən danışacaq. (Musavat.com)