“Son 24 saat ərzində Ukrayna Müdafiə Qüvvələri daha 890 rus hərbiçisini və 72 ədəd müxtəlif silahı məhv ediblər”.
Editor.az xarici mediaya istinadən bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb .
Ümumilikdə 24 fevral 2022-ci ildən 7 noyabr 2023-cü il tarixədək Rusiyanın canlı qüvvə itkiləri təqribən 306 860 nəfər təşkil edib.
Bundan əlavə digər döyüş itkiləri 5293 tank, 9974 zirehli maşın, 7410 artilleriya sistemi, 5557 operativ-taktiki PUA, 9767 avtomobil və tanker, 1049 xüsusi texnikadan ibarətdir.
//Safura Bənnayeva, Editor.az

