Rusiyanın Kaluqa vilayətində helikopter qəzası baş verib. Qəzaya uğrayan Mi-28 hücum helikopteri pilotsuz uçuş aparatları üçün ova çıxıbmış.
Editor.az Rusiyanın “Mash” Telegram kanalının məlumatına istinadən xəbər verir ki, qəza zamanı ekipaj Bryansk vilayəti ilə sərhəddə döyüş tapşırığından qayıdırmış. Bu zaman salonda yanğın başlayıb.
Helikopterin Klenki kəndi yaxınlığında qəzaya uğradığı bildirilir. İki ekipaj üzvü həlak olub, lakin kənd ərazidə dağıntı olmayıb.
//Samir Qurbanov, Editor.az

