Rusiyanın Kaluqa vilayətində neft emalı zavodu yanıbbackend

Rusiyanın Kaluqa vilayətində neft emalı zavodu yanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Kaluqa vilayətində dronlar “Birinci Zavod” adlanan neft emalı zavoduna hücum edib.

Vilayətin Dzerjinski rayonunda bir neçə güclü partlayış baş verib. Uçan bir neçə PUA-nın xarakterik səsləri eşidilib, bundan sonra neft emalı zavodunun ərazisində yanğın başlayıb.

Bundan əlavə, Moskva meri Sergey Sobyanin bildirib ki, Moskva vilayətində Rusiya paytaxtı istiqamətində uçan pilotsuz təyyarə vurulub. Bryansk vilayətində də üç pilotsuz təyyarənin məhv edildiyi iddia edilir. Hökumətyönlü təbliğat Rusiya mediası Kaluqa vilayətindəki “Birinci Zavod” neft emalı zavodunun ərazisində pilotsuz təyyarənin düşməsi səbəbindən yanğının baş verdiyini təsdiqləyib.

Üç konteynerdə dizel yanacağı və bir konteynerdə mazut yanıb. Saat 7.00 radələrində vilayət qubernatoru Vladislav Şapşa neft emalı zavodunda baş verən yanğının söndürüldüyünü və itkilərin olmadığını bildirib.

//Samir Qurbanov, Editor.az