Rusiyanın “Kasta-2E2” mobil radiolokasiya stansiyası məhv edilibbackend

Rusiyanın “Kasta-2E2” mobil radiolokasiya stansiyası məhv edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xüsusi Əməliyyat Qüvvələrinin (SSO) operatorları əməliyyat istiqamətlərindən birində hava kəşfiyyatı zamanı Rusiyanın “Kasta-2E2” mobil radiolokasiya stansiyasının yerini aşkar ediblər. Hədəf ən yeni sistemlərdən biri ilə vurulub.

Editor.az bildirir ki, bu barədə MTR Telegram-da məlumat yayıb. Qeyd olunur ki, bu radar modeli hava məkanına nəzarət etmək, koordinatları müəyyən etmək və hava hədəflərini, o cümlədən ultra aşağı hündürlükdə uçanları tanımaq üçün nəzərdə tutulmuş ultra müasir silah hesab olunur: “Kasta” radarı ilk dəfə 2021-ci ildə Ukraynanın işğal olunmuş Luqansk vilayətində aşkar edilib.

Sonralar ruslar PUA-lara qarşı mübarizə məqsədilə qurğunu oradan aparıblar”, – hərbçilər bildiriblər”. Operatorlar Rusiya RLS-ni Ukrayna ordusunun ən yeni texnologiyalarından biri ilə məhv ediblər.

//Samir Qurbanov, Editor.az