Rusiyanın Kiyevə hücumu zamanı dronlardan biri Azərbaycan səfirliyinin yaxınlığına düşübbackend

Rusiyanın Kiyevə hücumu zamanı dronlardan biri Azərbaycan səfirliyinin yaxınlığına düşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyulun 10-na keçən gecə Rusiya ordusunun Kiyevə kütləvi hava hücumu zamanı kamikadze dronlardan biri Azərbaycanın Ukraynadakı səfirliyinin yaxınlığına düşüb.

Editor.az  AZƏRTAC-a istinadən xəbər verir ki, nəticədə səfirliyimizin yaxınlığındakı parklanma yerində 20-dən artıq avtomobil yanıb.

Qeyd edək ki, Kiyevə edilən çoxkombinasiyalı hava hücumunda azı iki nəfər həlak olub, 20-dən çox insan xəsarət alıb. Ümumilikdə, əsas hədəf Kiyev olmaqla, Ukraynaya 400 dron, 18 ballistik və müxtəlif tipli raketlər atılıb.