Rusiyanın Kiyevə yeni hücum ehtimalı varmı? – Kirill Budanovun şərhibackend

Rusiyanın Kiyevə yeni hücum ehtimalı varmı? – Kirill Budanovun şərhi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov əmindir ki, Rusiyanın Kiyevə yeni hücumu ilə bağlı ehtimalların heç bir əsası yoxdur.

Editor.az onun “BBC-Ukrayna”ya müsahibəsinə istinadən xəbər verir ki, Rusiya Federasiyasının guya yeni hücum planlaşdırdığına dair şayiələr güclənsə də, hazırda Kiyev üçün birbaşa təhlükə mövcud deyil: “Hələlik Kiyev üçün heç bir təhlükə yoxdur” – Budanov bildirib. Bundan əvvəl, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Viyam Berns Rusiyanın Kiyevə hücumu ərəfəsində olduğunu, o cümlədən rus qoşunlarının Qostomelə endirilməsi ilə bağlı məlumat çatdığını bildirib.

O qeyd edib ki, Zelenski bu məlumatı sübuta yetirilməmiş hesab edir və Putinin bu qədər dəli olduğuna inanmır.
Eyni zamanda o, Ukrayna kəşfiyyatının da bu məlumatlara malik olduğunu təsdiqləyib. O, xatırladıb ki, Rusiyanın işğalı ərəfəsində Baş Kəşfiyyat İdarəsi vəziyyətin təhlükə altında olduğunu bəyan edib və hadisələrin ehtimal inkişafını göstərib.

Lakin Budanov bu hekayənin digər təfərrüatlarını şərh etməkdən imtina edib.

//Samir Qurbanov, Editor.az