“Rusiyanın konkret mövqe ortaya qoyması Ermənistanın çöküşünə səbəb olacaq”- AÇIQLAMAbackend

“Rusiyanın konkret mövqe ortaya qoyması Ermənistanın çöküşünə səbəb olacaq”- AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan tarixi qələbəsini qazandıqdan sonra bölgədə yeni yaranmış geosiyasi mənzərə rəsmi Bakının diqtə etdiyi kimi formalaşmağa başlayıb”.

Bunu Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Onun sözlərinə görə, Azərbaycan bölgədə yeni siyasi mənzərəni formalaşdıran əsas aktordur:” 10 noyabr bəyannaməsinin şərtlərində əks olunan erməni silahlı birləşmələrinin torpaqlarımızdan çıxarılmasını Azərbaycan öz gücünə həll etdi. Rəsmi Bakı ərazilərində artıq tam şəkildə suverenliyini bərpa edib. Həmin bəyannamənin 9-cu bəndinin Ermənistan tərəfindən ləngidilməsi, siyasi manipulyasiya edilməsi səbəbindən bu baş tutmamışdı. Bu da rəsmi İrəvanın sülh gündəliyinin formalaşması fonunda növbəti əngəllərindən biri idi. Həm Rusiya, həm də Azərbaycan bununla bağlı dəfələrlə siyasi iradəsini ortaya qoyub. Lakin Ermənistan öz xislətindən əl çəkmək istəmir”.

Deputat qeyd edir ki, Azərbaycanın İranla Araz çayı üzərindən ərazilərinin əsas hissəsini Naxçıvanla birləşdirən yol qovşaqlarının tikintisinə start verilib:

“Ermənistan həmişəki kimi qeyri-stabil siyasəti nəticəsində bütün iqtisadi inkişaflardan kənarda qalır. Rusiya və Azərbaycan çalışacaq ki, onların iradəsi olmadan hər hansı böyük, iqtisadi projeləri reallaşdırıla bilməsin. Buna normal baxılmalıdır. Rusiya Ermənistanın bütün sahələrdə əsas partnyorudur. Rəsmi İrəvan iqtisadiyyatının əsasında Rusiya maliyyəsi dayanır. Ermənistan sərhədlərini rus hərbiçiləri qoruyur, orada hərbi bazası mövcuddur. Rəsmi Moskvadan gələn pullarla bu gün Ermənistan vətəndaşı qismən dolanışığını təmin edə bilir”.

Deputatın fikrincə, Azərbaycan qələbəsini təmin etməklə bölgədə daimi stabilliyin əldə olunması üçün bütün vacib addımları atır: “5 baza prinsipi ilə sülh gündəliyinin formalaşmasını təklif edib. Sülh danışıqları istiqamətində təşkil edilən bütün platformalarda iştirak edib. Lakin rəsmi İrəvan qeyri-rasional siyasətlə bunun baş tutmasına əngəl oldu”.

V.İskəndərov Rusiyanın Ermənistanla bağlı konkret mövqe ortaya qoymadığını düşünür:” Hələ də rəsmi İrəvanın Qərbə yönəlik siyasətini izləməklə məşğuldur. Lakin bu belə davam edə bilməz. Rəsmi  Moskvanın konkret mövqe ortaya qoyması İrəvanın çöküşünü istisna etmir”.

//Safura Bənnayeva, Editor.az