Rusiyanın koronavirus əleyhinə peyvəndi mülki dövriyyəyə buraxılıbbackend

Rusiyanın koronavirus əleyhinə peyvəndi mülki dövriyyəyə buraxılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın N.F.Qamaleya adına Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqat Mərkəzi tərəfindən hazırlanmış COVID-19 əleyhinə “Sputnik V” peyvəndinin ilk partiyası mülki dövriyyəyə buraxılıb.

Editor.az APA-ya istinadən xəbər verir ki, dərmanın yaxın vaxtlarda bölgələrə çatdırılması gözlənilir.

Qurumdan bildirilib ki, peyvənd bütün lazımi laborator müayinələrdən keçib.

Testlər zamanı dərman tədqiqat iştirakçılarının 100%-də sabit humoral və hüceyrə toxunulmazlığı reaksiyası meydana gətirib və heç bir əks təsir yaratmayıb.