Rusiyanın Krasnoyarsk şəhərində təhlükəsizlik qüvvələri yerli bazarlarda reyd keçirib.
Onlar qeyri-qanuni miqrantları axtarıb, Rusiya pasportu olan vətəndaşlara isə hərbi komissarlığa çağırış vərəqələri veriblər. Bu barədə Rusiya Federasiyasının Krasnoyarsk diyarı və Xakasiya Respublikası üzrə İstintaq Komitəsinin Baş İstintaq İdarəsi sentyabrın 16-da Telegram-da məlumat yayıb. Şəhərin Mərkəzi və Sovet rayonlarında keçirilən reydlər nəticəsində təhlükəsizlik qüvvələri 417-si əcnəbi olmaqla 520 nəfəri saxlayıb. “Report” xəbər verir ki, onlar yoxlama üçün polis bölməsinə aparılıb. Saxlanılanlar Özbəkistan, Azərbaycan, Tacikistan və Qırğızıstan vətəndaşları olub.
Bundan başqa, Rusiya vətəndaşı olan 92 kişi hərbi xidmətə qeydiyyatdan keçmək üçün hərbi komissarlığa çağırış vərəqəsi alıb.
//Samir Qurbanov, Editor.az