Rusiyanın Krımdakı bazasına  ciddi ziyan dəyib- FOTObackend

Rusiyanın Krımdakı bazasına  ciddi ziyan dəyib- FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Krımdakı Saki aviabazasının partlayışlar nəticəsində ciddi ziyan gördüyü bildirilir.

Editor.az xarici mediaya istinadən bildirir ki, ABŞ-da yerləşən Planet Labs şirkəti tərəfindən çəkilmiş fotoşəkillər bazada ən azı səkkiz təyyarənin məhv edildiyini və  zədələndiyini göstərir.

Ukrayna Hərbi Hava Qüvvələri bazadakı bir çox təyyarənin məhv edildiyini açıqlasa da Kiyev administrasiyası insidentə görə məsuliyyəti üzərinə götürməyib. Peyk görüntüləri bazanın hücumda hədəfə alına biləcəyini göstərir.

Onu da qeyd edək ki, Planet Labs Ukraynada çəkilmiş yüzlərlə peyk fotoşəkilini nəzərdən keçirən bir şirkətdir.

Saki aviabazasında baş verən partlayışlar nəticəsində bir nəfər ölüb.

Şahidlər ən azı 12 partlayış səsi eşitdiklərini desələr də sosial şəbəkələrdə yayımlanan bəzi videolarda baza ətrafındakı çimərliklərdə insanların panikaya düşdüyü görünür. Rusiya Müdafiə Nazirliyi bazadakı sursat anbarında partlayışların baş verdiyini, heç bir təyyarənin zədələnmədiyini, Ukrayna tərəfindən bazaya hər hansı hücumun olmadığını açıqlayıb.

Ukrayna prezidenti Volodimir Zelenskinin müşaviri Mykhailo Podolyak da partlayışlarla heç bir əlaqəsi olmadığını bildirib.

//Safura Bənnayeva, Editor.az