Rusiyanın Krımla əlaqəsi kəsilmək üzrədir: Ukrayna ordusunun endirdiyi zərbələrdən sonra bölgədəki körpü infrastrukturu yararsız hala gəlibbackend

Rusiyanın Krımla əlaqəsi kəsilmək üzrədir: Ukrayna ordusunun endirdiyi zərbələrdən sonra bölgədəki körpü infrastrukturu yararsız hala gəlib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Çonqar və Geniçesk keçid məntəqələrindəki ponton körpülərinə endirilən güclü zərbələrdən sonra işğal etdiyi Krımda öz logistikası üçün yalnız bir “uzun” marşruta bel bağlamaq məcburiyyətində qalıblar.

Editor.az bildirir ki, bu barədə Britaniyanın Müdafiə Nazirliyi öz “Twitter” səhifəsində yazıb.

Onlar bildirirlər ki, hazırda düşmən Ukraynanın cənubunun işğal etdiyi Krımla sərhədində ponton keçidləri tikməkdə davam edir.

Avqustun ortalarında Ukrayna Silahlı Qüvvələrinin yuxarıdakı körpülərə endirdiyi ağır zərbələrdən sonra, çətin ki, bu infrastruktur Rusiya Federasiyasının yenidən yerləşdirməyə çalışdığı əhəmiyyətli ağır texnika və sursat yükünə tab gətirə bilsin.

“Orada (Krımda) darboğazlar yaranıb. Bu o deməkdir ki, Rusiya qüvvələri qismən Armyanskdan keçən uzun yola arxalanır.

Bu, Rusiyanın cənubdakı logistika şəbəkəsinə əlavə çətinliklər yaradır”, – hesabatda deyilir.

//Samir Qurbanov, Editor.az