Rusiyanın Kursk vilayətində 500 Şimali Koreya hərbçisi öldürülüb – ABŞ Müdafiə Nazirliyi münasibət bildirdibackend

Rusiyanın Kursk vilayətində 500 Şimali Koreya hərbçisi öldürülüb – ABŞ Müdafiə Nazirliyi münasibət bildirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-da Ukrayna müdafiə qüvvələrinin Rusiyanın Kursk vilayətində 500 KXDR hərbçisini öldürdüyü barədə rəsmi məlumat yoxdur.

Editor.az bildirir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat katibinin müavini Sabrina Sinq noyabrın 25-də departamentin saytında dərc olunan brifinqdə məlumat verib. “Şimali Koreya əsgərlərinin itkilərini müstəqil şəkildə təsdiq edə bilmərik. Onlar regiondadırlar və əlbəttə ki, ukraynalılarla döyüşməyə hazırdırlar. Amma mən hələlik itkilər barədə xəbərləri təsdiq edə bilmərəm”, – o deyib.

Pentaqon Rusiya Federasiyasının tərəfində döyüşən Şimali Koreyalıların Ukrayna sərhədini keçdiyinə inanmır. “Şimali Koreya əsgərlərinin Ukraynada olduğuna dair heç bir əlamətimiz yoxdur… Onlar Kursk vilayətindədirlər, lakin hazırda onlar Ukrayna ərazisinə keçməyiblər”, – ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi vurğulayıb.

“Global Defence Corp” noyabrın 23-də yazıb ki, noyabrın 20-də uzun mənzilli “Storm Shadow” raketləri ilə Kursk vilayətindəki komanda məntəqələrinə hücum zamanı 500-ə yaxın Şimali Koreya əsgəri həlak olub. Jurnalistlər bir rus generalı və 18 zabitin də həlak olduğunu, 33 rus əsgərinin yaralandığını güman edirdilər.

//Samir Qurbanov, Editor.az