Rusiyanın Küveytə ixracı 4 dəfə artıbbackend

Rusiyanın Küveytə ixracı 4 dəfə artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2023-cü ilin üçüncü rübünün sonunda Rusiyadan Küveytə ixrac aprel-iyun dövrü ilə müqayisədə təxminən dörd dəfə artaraq 1,6 milyard rubla çatıb.

Editor.az bu barədə “RİA Novosti”yə istinadla yazır. Milli Tədqiqat Universitetinin Ali İqtisadiyyat Məktəbinin Ticarət Siyasəti İnstitutunun direktoru Aleksandr Daniltsev bildirib ki, bu istiqamətdə tədarükün əsas hissəsi metallurgiya, eləcə də kənd təsərrüfatı məhsullarının, xüsusilə də taxılın payına düşür. Amma o əlavə edib ki, ümumilikdə Küveytin ixrac və idxalında Rusiya Federasiyasının payı hələ də azdır.

Ekspertin fikrincə, ərzaq məhsulları və maşınqayırma məhsulları da perspektivli ixrac istiqamətləri ola bilər. Eyni zamanda, Rusiya Küveytdən kimya məhsulları, eləcə də avtomobil sənayesi məhsulları ala bilər. İyul-sentyabr aylarında Rusiya Ərəb Əmirliyindən mal idxalının artımı baxımından ilk 5-liyə daxil olub. Dövr ərzində tədarük həcmi 6,5 dəfə artaraq 49,13 milyon rubla çatıb.

//Gülnarə Abasova, Editor.az