“RUSİYANIN MARAQLARI tək regionun kommunikasiya və sərhəd məsələləri ilə yekunlaşmır”-AÇIQLAMAbackend

“RUSİYANIN MARAQLARI tək regionun kommunikasiya və sərhəd məsələləri ilə yekunlaşmır”-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya regionda gedən proseslərin məntiqi sonluqla tamamlanmasında maraqlı kimi görünür. Məntiq isə ondan ibarətdir ki, Rusiyaya Cənubi Qafqaz regionunda hələlik gərginlik lazım deyil. Rusiyanın başı Ukrayna ilə olan problemə qarışıb. Rəsmi Kreml çalışır ki, münaqişə yarada biləcək bütün mümkün səbəblərin qarşısını alsın. Bura sərhədlərin müəyyən edilməsindən tutmuş, əlaqələrin bərpasına kimi məsələlər aiddir. Səbəb isə Ermənistanın Qərbyönlü hakimiyyətinin Rusiya əleyhinə təxribatlar törətmək fikrində olan idarəçilərinin əməlləridir”.

Bu sözləri Editor.az-a açıqlamasında politoloq Azər Qasımov deyib.

Siyasi analitikin sözlərinə görə, Rusiya kommunikasiyaların açılmasına vacib məsələ kimi baxır:

“Bu, əslində Rusiyanın özünə də lazımdır. Baş nazir müavininin İrəvana səfərini sona çatmaqda olan proseslərin nəticələrini ümumiləşdirmək və yekun qərarın verilməsi üçün hazırlıq hesab etmək olar. Təbii ki, əgər Azərbaycan gələcəyə yönəlik addımlar hazırlayacaqsa, tarixi bir yana, coğrafiyanı isə digər yana qoyub addımlar atmalıdır. Yaddan çıxarmaq olmaz ki, Rusiyanın maraqları tək regionun kommunikasiya və sərhəd məsələləri ilə yekunlaşmır. Rusiyanın bu regionda imperiya maraqları vardır və bu, hamı kimi bizi də narahat etməlidir”.

//Gülnarə Abasova, Editor.az