Rusiyanın məğlubiyyəti PLANI hazırlandı – Qərb Kiyevi Kremlin önünə atdıbackend

Rusiyanın məğlubiyyəti PLANI hazırlandı – Qərb Kiyevi Kremlin önünə atdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ukraynada müharibə ən təhlükəli mərhələyə qədəm qoyub və təhlükə səviyyəsi baxımından işğalın ilk günlərini xatırladır”.

Bunu Milli.Az-a açıqlamasında Gürcüstan Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Qela Vasadze deyib.

O bildirib ki, Ukrayna indən belə Rusiyanın etdikləri ilə heç barışmayacaq:

“Ukrayna Silahlı Qüvvələri Moskvanın geniş şəkildə elan etdiyi Donbass uğrunda əməliyyatları dayandırmağa məcbur etdi. Bunu bir çox proseslərlə əlaqələndirmək olar. Əslində, hər kəs Putinin elan etdiyi kimi hərbi əməliyyatlar başlayandan bir həftə sonra Moskvanın istəyinə nail olduğunu gözləyirdi. Bu plan Rusiyaya sudan quru çıxmağa imkan verəcəkdi. Amma qonşu Ukraynanı tamamilə işğal etmək istəyi Kremlin planlarının üstündən xətt çəkdi.

Düzdür, Rusiya Kiyevi və Xarkovu tərk edərək cənubda cəbhə xəttinə doğru irəlilədi. Onlar adı çəkilən ərazilərdən fərqli olaraq Ukraynanın cənubundan çıxmaq barədə düşünmürdülər. O zaman Ukrayna da Qərbdən, ABŞ-dan iri çaplı, daha güclü silahlar almaq üçün heç bir perspektiv görmürdü.

Moskva zamanında geri çəkilsəydi vəziyyəti bu günki qədər kritik olmazdı. Bunun daim belə olacağını düşünən Rusiyanın iştahı artdı, Ukraynada işğalı gücləndirməklə bütün dünyanı qorxutmaq qərarına gəldi. Bu vaxta kimi isə əslində hamı müharibədən bezmişdi (söhbət Ukraynadan yox, kollektiv Qərbdən gedir). Rusiyanın işğalı davam etdirməsi nəticəsində indi orada hamı müharibəyə öyrəşib, üstəlik, hətta “Rusiyanın strateji məğlubiyyəti” planını belə hazırdır. Ukrayna Rusiyanın bu etdikləri ilə indən belə razılaşmayacaq, barışmayacaq və kollektiv Qərb də dəstəyini əsirgəmək fikrində görünmür. Amma Ukrayna üçün də çox böyük risk olduğunu istisna etmirəm”.

Facebook Notice for EU! You need to login to view and post FB Comments!