“Rusiyanın mövqeyi dəyişmir, ona görə də hər iki görüşdə nəticə əldə olunmadı”- ŞƏRHbackend

“Rusiyanın mövqeyi dəyişmir, ona görə də hər iki görüşdə nəticə əldə olunmadı”- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya indiki mövqeyini eynilə davam etdirdikcə Ukrayna savaşının dayanma ehtimalı o qədər də inandırıcı görünmür. Çünki Kreml nə Ukrayna, nə də Qərbin mövqeyini nəzərə almaq niyyətində deyil, yalnız Rusiyanın maraqlarını ifadə edən şərtləri diktə etməkdə israrlı davranır. Həmin şərtlər isə ümumilikdə qəbuledilməzdir”.

Bunu Editor.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli deyib.

O bildirib ki, iki ölkə arasında sülh sazişi Rusiyanın artıq elan etdiyi və Ukraynaya təqdim etdiyi şərtlər çərçivəsində imzalanarsa, o zaman bu, sülh sazişi olmayacaq:

“Həm Ukraynanın, həm də ABŞ və Avropa Birliyinin Rusiya qarşısında kapitulyasiya aktı olacaq. Ona görə də həm birinci, həm də ikinci İstanbul görüşündə heç bir nəticə əldə olunmadı. Rusiya bu mövqeyini davam etdirdikcə görüşün harda keçirilməsi heç bir əhəmiyyət daşımır və hər hansı bir irəliyə doğru addımın atılma ehtimalı da gözlənilmir. Yəni, sülh prosesi hazırda Rusiyanın siyasi manipulyasiya vasitəsinə çevrilməyə başlayıb. Ona görə də indiki sülh prosesindən Ukrayna savaşının dayandırılması prosesində hər hansı bir irəliləyiş yaxud da pozitiv nəticə gözləmək sadəlövlük olardı”.

//Gülnarə Abasova, Editor.az