Rusiyanın müdafiə naziri Belousov: Dünyada münaqişə potensialı qorxulu şəkildə artırbackend

Rusiyanın müdafiə naziri Belousov: Dünyada münaqişə potensialı qorxulu şəkildə artır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ukrayna münaqişəsi və İsrail-İran müharibəsi fonunda dünyada vəziyyət pisləşir”.

Editor.az xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Andrey Belousov Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Müdafiə Nazirləri Toplantısında çıxışı zamanı bildirib.

Qərbin qarşıdurma siyasətini tənqid edən Belousov dünyada bir çox münaqişə nöqtələrinin yarandığına diqqət çəkərək bunları deyib:

“Dünyada mövcud hərbi-siyasi vəziyyət mürəkkəb olaraq qalır və pisləşməkdə davam edir. Geosiyasi ziddiyyətlər artır. Strateji sabitliyin əsasları məhv edilir. Münaqişə potensialı təhdidedici şəkildə artır. Bu kontekstdə qlobal sabitliyi təmin etmək üçün yaradılmış beynəlxalq qurumların rolu qəbuledilməz həddə düşüb. Bütün bunlar qlobal üstünlüyünü qoruyub saxlamağa çalışan kollektiv Qərbin dağıdıcı siyasətinin nəticəsidir. Bütün dünyada, o cümlədən Şanxay Əməkdaşlıq Təşkilatının sərhədləri və perimetrlərində çoxsaylı qeyri-sabitlik ocaqları formalaşır”.

//Gülnarə Abasova, Editor.az