Aprelin 3-də Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi rusların əlində olan “Su-34” qırıcı-bombardmançı təyyarələrinin, “Su-35” çoxməqsədli qırıcıların və “A-50U” uzaqmənzilli radar aşkarlama və istiqamətləndirici təyyarələrin sayını açıqlayıb.
Editor.az xəbər verir ki, bu barədə “ArmyInform” məlumat yayıb. Mövcud məlumatlara görə, 2024-cü ilin mart ayına olan məlumata görə, Rusiya Silahlı Qüvvələrinin aerokosmik qüvvələrinə 100-ə yaxın “Su-35”, 100-dən çox “Su-34”, həmçinin yeddi “A-50U” təyyarəsi daxildir.
Eyni zamanda, üç “A-50U” təmir və modernləşdirmə mərhələsindədir: ikisi Beriyev adına PJSC Taqanroq Aviasiya Elmi-Texniki Kompleksində, biri Ulyanovsk aerodromunda, “Aviastar” təyyarə istehsalı zavodundadır.
//Samir Qurbanov, Editor.az

