Rusiyanın neft və qaz gəlirlərində böyük azalmabackend

Rusiyanın neft və qaz gəlirlərində böyük azalma

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin yanvar-aprel dövründə Rusiyada büdcə kəsiri 3,4 trilyon rubl olub.

Editor.az xəbər verir ki, bu barədə Rusiya Maliyyə Nazirliyindən verilən yazılı açıqlamada deyilir.

Sözügedən dövrdə büdcə gəlirlərinin bir əvvəlki ilə nisbətən yüzdə 22 azalaraq 7,8 trilyon rubla düşdüyünə diqqət çəkən büdcə xərclərinin yüzdə 26 artaraq 11,2 trilyon rubl olduğu bildirilib.

Açıqlamada, Rusiyanın neft və təbii qaz gəlirlərinin yanvar-aprel dövründə 2022-ci ilin eyni dövrü ilə müqayisədə 52 faiz azalaraq 2,3 trilyon rubl olduğu qeyd olunub. Enişin əsas səbəbi kimi yüksək baza effekti göstərilib. Ötən il Rusiya büdcəsində sanksiyalara görə 3,3 trilyon rubl kəsir yarandığı halda Rusiya Maliyyə Nazirliyi büdcə kəsirini bağlamaq üçün öz ehtiyatlarından yuan və qızıl satır.

//Gülnarə Abasova, Editor.az