Rusiyanın növbəti hücumuna müqavimət göstərə bilməyəcəyik – Volodimir Zelenskibackend

Rusiyanın növbəti hücumuna müqavimət göstərə bilməyəcəyik – Volodimir Zelenski

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna silahlı qüvvələri kifayət qədər sayda mərmi ilə rus qoşunlarının qış hücumunu dəf edə bilib. Lakin onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri kəskin silah çatışmazlığı səbəbindən Rusiyanın növbəti hücumuna müqavimət göstərə bilməyəcək.

Editor.az bildirir ki, bu sözləri Ukrayna prezidenti Volodimir Zelenski deyib. CBS News-a müsahibəsində Zelenski bildirib ki, indi şərq istiqamətində vəziyyət iki-üç ay əvvəl Ukrayna Silahlı Qüvvələrinin artilleriya sursatlarının kəskin çatışmazlığının olduğu vaxtdan xeyli yaxşıdır.

Eyni zamanda, Zelenski göstərib ki, Rusiya ordusunun ikinci hücumu, onun fikrincə, mayın sonunda və ya iyunda baş verə bilər və mövqeləri saxlamaq çətin olacaq. O qeyd edib ki, hazırda Ukrayna ordusunun raket əleyhinə müdafiə sistemlərinə və artilleriyaya ciddi ehtiyacı var. Volodimir Zelenski ABŞ-a Ukraynaya “milyardlarla dollarlıq dəstək” verdiyinə görə təşəkkür edib, lakin gələcəkdə Ukrayna Silahlı Qüvvələrinin də təchizata ehtiyacı olduğunu qeyd edib.

“Bəli, çoxlu dəstək alırıq. Bizim buna həqiqətən ehtiyacımız var və hazırda ehtiyacımız var”, – o əlavə edib.
Qeyd edək ki, ABŞ Konqresi 2023-cü ilin oktyabrından Ukraynaya maliyyə yardımı göstərilməsi ilə bağlı qanun layihəsini müzakirə edir.

2024-cü ilin yanvarında davam edən müzakirələrə görə Amerika silahlarının Ukraynaya tədarükü dayandırılb. Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib ki, ABŞ-dan yardımın olmaması Ukrayna hərbçilərinin Avdeyevka üzərində nəzarəti itirməsinə səbəb olub.

//Samir Qurbanov, Editor.az