Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) daxil olan ölkələri əhatə edir.
Editor.az bildirir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu mlumat verib. O, aydınlaşdırıb ki, sənəddə Belarusa qarşı təcavüz zamanı nüvə silahından istifadə meyarları da açıqlanıb.
“Əvvəla, demək istəyirəm ki, köhnə doktrina da sizin dediyiniz kimi, müttəfiqlərimiz də daxil olmaqla, bu çətiri nəzərdə tuturdu… Yeni doktrinaya gəlincə, təbii ki, söhbət ilk növbədə KTMT ölkələrindən gedir. Ayrı kifayət qədər vacib olan bir əlavə var. Bu, Belarusa aiddir”, – deyə Şoyqu Xarici İşlər nazirlikləri, Müdafiə Nazirliyi və KTMT Təhlükəsizlik Şuraları Katibləri Komitəsinin iclası çərçivəsində bildirib.
Qeyd edək ki, noyabrın 19-da Vladimir Putin ölkənin nüvə qarşısının alınması sahəsində yenilənmiş dövlət siyasətinin əsaslarını təsdiqləyib. İndi doktrinaya görə, nüvə ölkəsi tərəfindən dəstəklənən qeyri-nüvə dövlətinin təcavüzü onların Rusiya Federasiyasına birgə hücumu hesab olunacaq. Kreml Rusiyanın ABŞ-ın misli görünməmiş eskalasiyasına cavab verdiyini bildirib. NATO nüvə təhlükəsini nəzərə alaraq Rusiyaya qarşı çəkindirməni gücləndirməyə çağırıb.
//Samir Qurbanov, Editor.az