“Rusiyanın planı belədir ki, mayın 9-dək…” – Ukraynadan şok iddiabackend

“Rusiyanın planı belədir ki, mayın 9-dək…” – Ukraynadan şok iddia

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın mayın 9-na qədər yerinə yetirilməsi gözlənilən, amma bununla hüdudlanmayan konkret planı var.

Bunu Ukrayna Müdafiə Nazirliyinin sözçüsü, polkovnik Aleksandr Motuzyanik deyib.

Onun sözlərinə görə, Rusiya ordusu mayın 9-dan əvvəl Donetsk və Luqansk vilayətlərinin inzibati sərhədlərinə çatmaq, həmçinin işğal olunmuş Krıma gedən quru dəhlizi əldə saxlamaq istəyirlər.

“İndi onların məqsədi tamamilə aydındır: Ukrayna qüvvələrini Donetsk və Luqansk vilayətlərinin inzibati sərhədlərindən kənara çıxarmaq və müvəqqəti işğal olunmuş Krıma quru dəhlizi saxlamaq. Onlar bu “qələbə”ni öz cəmiyyətlərinə sırımaq istəyirlər. Amma Rusiya əsla bununla kifayətlənməyəcək”, – Motuzyanik bildirib.

Polkovnik söyləyib ki, ruslar gələcəkdə mümkün qədər çox əraziləri ələ keçirmək üçün digər bölgələrdə, xüsusən də Xerson vilayətində hücumu genişləndirməyə çalışacaqlar: “Düşmən indi buna hazırlaşır, qüvvə toplayır və artıq işğal etdiyi ərazilərdə möhkəmlənir. Amma bu, Donetsk və Luqansk vilayətlərində hərbi əməliyyatların nəticələrindən asılı olacaq”.

Teleqraf.com