“Rusiyanın planı çox mürəkkəbdir” – Generalbackend

“Rusiyanın planı çox mürəkkəbdir” – General

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 ABŞ ordusunun baş qərargah rəisi general Ceyms Makkonvil ABŞ Senatının Silahlı Qüvvələr Komitəsində dinləmələr zamanı deyib ki, Rusiya Ukraynada hərbi planını həyata keçirməyə qadir deyildi.

“Rusiyanın planı çox mürəkkəbdir. Belə bir plan üçün çox təlim keçmiş və nizam-intizamlı əsgərlər lazımdır. Onların belə qabiliyyətləri yox idi. Onların təlim keçmiş əsgərləri yox idi”, – “Amerikanın Səsi” Makkonvildən sitat gətirir.

Onun sözlərinə görə, belə bir hərbi planı həyata keçirmək üçün Rusiyaya xeyli yaxşı logistika sistemi lazım idi. “Ola bilsin ki, ukraynalıların ruslardakı kimi qabiliyyətləri yoxdur, amma ukraynalıların iradəsi var. Siz vahid komanda quranda bu vacibdir. Bu, başqa yerlərdə gördüyümüzdən fərqlidir”, – Makkonvil bildirib.

Milli.Az