Rusiyanın Poltavaya raket hücumu: 51 ölü və 200-dən çox yaralıbackend

Rusiyanın Poltavaya raket hücumu: 51 ölü və 200-dən çox yaralı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sentyabrın 3-də Rusiyanın Poltavaya raket hücumu nəticəsində artıq 51 ölü və 200-dən çox yaralı var.

Editor.az bildirir ki, bu barədə saat 18.00-a olan məlumatı Telegram-da Ukrayna Baş Prokurorluğu verib. Prokurorların ilkin məlumatına görə, işğalçı Rusiya Federasiyasının hərbçiləri Poltavada təhsil müəssisəsini və xəstəxananı iki “İsgəndər-M” ballistik raketi ilə vurublar.

Məlumata görə, atəş nəticəsində Rabitə İnstitutunun binalarından biri, xəstəxana və yaxınlıqdakı evlər qismən dağılıb. Hadisə yerində xilasedicilər, əməliyyat-istintaq qrupu və digər xidmətlər işi davam etdirir, qurbanların sayı dəqiqləşdirilir. Prokurorluq əlavə edib ki, digər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə daha bir Rusiya cinayətinin nəticələrini sənədləşdirirlər.

“Müdafiə sahəsində Poltava İxtisaslaşdırılmış Prokurorluğunun prosessual rəhbərliyi altında Ukraynanın ərazi bütövlüyü və toxunulmazlığına qəsd (Ukrayna Cinayət Məcəlləsinin 110-cu maddəsi) ilə bağlı ibtidai istintaqa başlanılıb”, – məlumatda deyilir.

//Samir Qurbanov, Editor.az