Rusiyanın Primorsk vilayətində 2 milyona yaxın insan işıqsız qalıb: bankomatlar və işıqforlar işləmir, elektrik qatarlarının hərəkəti dayandırılıbbackend

Rusiyanın Primorsk vilayətində 2 milyona yaxın insan işıqsız qalıb: bankomatlar və işıqforlar işləmir, elektrik qatarlarının hərəkəti dayandırılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Primorsk vilayətində elektrik enerjisi kəsilib, 1,8 milyondan çox rusiyalı işıqsız qalıb.

“RosSMI” yazır ki, Primorskaya QRES – Xextsir-2 xəttində baş vermiş qəza nəticəsində elektrik enerjisinin kütləvi şəkildə kəsilməsi baş verib: bankomatlar və işıqforlar işləmir, elektrik qatarlarının hərəkəti dayandırılıb. Qeyd olunur ki, hazırda qəzanın səbəbi məlum deyil. Primorsk diyarındakı Rusiya hakimiyyəti nəticələrini “bir saat ərzində” aradan qaldıracağını vəd edir. “Meduza” yazır ki, insanlar liftlərdə, xəstəxanalarda, evlərdə, ticarət mərkəzlərində işıqsız qalıb. “Vladivostokda tamamilə işıqsızlıq onlarla insanı panikaya salıb”, – mesajlardan birində deyilir.

Ukrayna Prezidentinin Aparatının rəhbərinin müşaviri Mixail Podolyakın sözlərinə görə, Rusiyada elektrik enerjisinin kəsilməsi ilə bağlı tendensiyalar artır və onu daha da sürətləndirmək olar.

//Samir Qurbanov, Editor.az