Rusiyanın Qarabağla bağlı iddiaları nədir?- Qabil Hüseynli ŞƏRH EDİRbackend

Rusiyanın Qarabağla bağlı iddiaları nədir?- Qabil Hüseynli ŞƏRH EDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya bölgədə təhlükəli oyunlar aparır. Rus icmasının yaradılması, ölkəsində görkəmli şəxslərinin büstlərinin qoyulması eyni zamanda, Qarabağa silah daşınması prosesinə nəzarət edilməsi bu oyunlara daxildir”.

Bu fikirləri Editor.az-a politoloq Qabil Hüseynli Qarabağda üzərində SSRİ gerbi olan qırmızı bayraq qaldırıldığı ilə bağlı yayılan xəbərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Moskva regionda sabitliyi pozmaq üçün əlindən gələni edir:

“Qarabağda Turşsu qəsəbəsi istiqamətindəki müşahidə məntəqəsində üzərində SSRİ gerbi olan qırmızı bayrağın qaldırılması saldatomun da təşəbbüsü ola bilər. Ruslar başı işləməyən, kütbeyin əsgərlərə “saldatom” deyirlər. Ümumiyyətlə hansı mənanı daşımasından asılı olmayaraq bu kimi addımlar Rusiyaya daha çox zərər verir”.

Politoloq qeyd edir ki, Moskva artıq açıq kart oynamağa başlayıb:

“Heçnəyi gizlətmir. Rusiya Qarabağda separatçı ermənilərdən daha çox iddia ortaya qoyur. Sülhməramlı adlanan rus silahlı qüvvələrinin bölgədəki qaçaqmalçılığı, silah-sursat paylaması, rüşvətlə yük daşıması, müxtəlif hoqqabazlıqları bütün sərhədləri vurub-keçib. Biz silahlı qüvvələrdən yox, məqsədi talançılıq olan, ölkəmizə qarşı müxtəlif pisliklər etməyə qurşanmış bir qurumun pis əməllərindən danışırıq. Bizim başqa yolumuz qalmayıb. Həmin məsələlər sənədləşdirilib Rusiyanın qarşısına qoyulmalı və birmənalı şəkildə qeyd edilməlidir ki, bu qüvvələr bölgədə əmin-amanlığa yox, birbaşa qarşıdurmaya, yeni münaqişələrin yaranmasına xidmət edir. Bu səbəbdən də onlar vaxtından əvvəl bölgədən çıxarılmalıdır”.

//Safura Bənnayeva, Editor.az