Rusiyanın “qırmızı xətti” tapdandı: Cavab NƏ OLACAQ?backend

Rusiyanın “qırmızı xətti” tapdandı: Cavab NƏ OLACAQ?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Görünən odur ki, Rusiya Kurska hücumun əvəzini qat-qat artıq və sərt şəkildə verməyə çalışır. Bu, faktiki olaraq Rusiyanın bütün qırmızı xətlərinin tapdanmasıdır. Bu hücum Rusiyanın imicini yerlə bir etdi. Çünki Ukrayna göstərdi ki, nə zaman istərsə, Rusiyanın torpaqlarını işğal edə bilər”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Turab Rzayev deyib.

Politoloq bildirib ki, indiyə qədər Rusiya öz ərazisinə hücumu “qırmızı xətti” adlandırırdı:

“Moskva bildirib ki, onun ərazisinə hücum olarsa, nüvə silahına əl atacaq. İndiyə qədər Ukrayna rəsmi şəkildə olmasa da amma Qərbdən aldığı hərbi dəstək ilə Rusiya ərazisinə diversiyalar törədirdi, yanacaq emalı müəssisələri, silah anbarları, aeroportları hədəf alırdı. İndi isə birbaşa Rusiya ərazisinə hücum etdi. Çox qəribədir ki, bu addım Qərb tərəfindən dəstəkləndi. Böyük Britaniya Ukraynaya verdiyi silahların Rusiya ərazisində istifadəsinə icazə verdi. Belə ki, dolasıyla Qərb Rusiyanın “qırmızı xətti”ni tapdaladı. Buna görə Rusiyadan cavab çox sərt olacaq. Hələ ki, Moskva gözləmədədir və bütün gücü ilə hücuma keçəcək. Hətta 10-20 min insan itkisi bahasına da olsa ərazisindən Ukrayna dversantlarını çıxartmağa çalışacaq və ya tam əksinə bundan istifadə edib taktiki nüvə zərbəsi endirə bilər. İndiki halda Rusiya Kurska daxil olan döyüşçüləri terrorçu adlandıraraq onu göstərir ki, nüvə silahından istifadə etməyə çəkinir. Çünki əks halda bunu Rusiya ərazisinə hücum adlandırardı”.

//Gülnarə Abasova, Editor.az