Rusiyanın qızıl-valyuta ehtiyatlarının yarısı dondurulubbackend

Rusiyanın qızıl-valyuta ehtiyatlarının yarısı dondurulub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qərb ölkələri Rusiyanın qızıl-valyuta ehtiyatlarının yarısını, yəni təxminən 300 milyard dollarını dondurub. Editor.az “RİA novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın maliyyə naziri Anton Siluanov məlumat verib.

A.Siluanov “Rossya-1” kanalına müsahibəsində deyib ki, “… Bizim ümumi ehtiyatlarımız təxminən 640 milyard dollardır. 300 milyarda yaxın ehtiyat hazırda elə vəziyyətdədir ki, biz onlardan istifadə edə bilmirik”.

Rusiya maliyyə nazirinin müavini İrina Okladnikova isə hesab edir ki, danışıqlardan sonra sanksiyalara görə dondurulmuş valyuta ehtiyatları Rusiya Bankının ixtiyarına veriləcək və bu, büdcə sistemi üçün hər hansı bir ciddi nəticələrə səbəb olmayacaq.

  Editor.az