Rusiyanın “Qriqori Lovtsov” gəmisi batıb, ekipaj üzvlərinin çoxu itkin düşübbackend

Rusiyanın “Qriqori Lovtsov” gəmisi batıb, ekipaj üzvlərinin çoxu itkin düşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Uzaq Şərqində yerləşən Korsakov şəhəri yaxınlığında Rusiyanın “Qriqori Lovtsov” gəmisi çevrilib.

Editor.az bildirir ki, bu barədə oktyabrın 18-də Saxalin vilayətinin qubernatoru Valeri Limarenko Telegram-da məlumat verib. Göyərtəsində 7 nəfər ekipaj üzvü xilas edilib. Dördünün taleyi hələ də naməlumdur”, – deyə o yazıb. Limarenko qeyd edib ki, qəza yerində axtarış-xilasetmə əməliyyatı aparılır və onlar dalğıclardan istifadə etməyə hazırlaşırlar.

Qubernator daha sonra qeyd edib ki, xilas edilən ekipaj üzvlərindən yalnız birinin vəziyyəti qənaətbəxşdir və evə buraxılıb. “Birinin vəziyyəti orta ağırdır, daha ikisi reanimasiyadadır”, – deyə Limarenko bildirib.

//Samir Qurbanov, Editor.az