Rusiyanın Rostov şəhərinin adı dəyişdirilirbackend

Rusiyanın Rostov şəhərinin adı dəyişdirilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya hökuməti Yaroslavl vilayətindəki Rostov şəhərinin adının “Böyük Rostov” adlandırılması ilə bağlı federal qanun layihəsini dəstəkləyib.

Bu barədə vilayət qubernatoru Mixail Evraev avqustun 26-da özünün Telegram kanalında məlumat verib. “Rusiya hökuməti Rostovun adının “Böyük Rostov” olaraq dəyişdirilməsini “dəstəkləyir”.

Bu, tarixi ədalətin bərpası məsələsində daha bir böyük addımdır və təşəbbüsün özü artıq həyata keçirilməsinin son mərhələsindədir. Federal hökumətdən müsbət nəticə alınıb. Onu Rusiya Federasiyası Baş nazirinin müavini və Hökumət Aparatının rəhbəri Dmitri Qriqorenko imzalayıb”, – deyə Evraev yazıb. Qanun layihəsi Dövlət Dumasına göndərilib. Bu il bütün hüquqi prosedurların başa çatdırılması planlaşdırılır.

Rusiya mənbələri yazır ki, “Böyük Rostov” Rostovun tarixi adıdır və guya 862-ci ilə aiddir.

//Samir Qurbanov, Editor.az