Rusiyanın Rostov vilayəti üzərində naməlum dronlar uçuşur: əhali panikadadırbackend

Rusiyanın Rostov vilayəti üzərində naməlum dronlar uçuşur: əhali panikadadır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dekabrın 22-də səhər saatlarında Rusiyanın Rostov vilayəti üzərində, Bataysk yaxınlığında pilotsuz təyyarələr aşkarlanıb.

Editor.az bildirir ki, bununla bağlı video və fotolar Rusiyanın Telegram kanalları tərəfindən dərc olunub. Hazırda bu məsələ ilə bağlı heç bir rəsmi şərh yoxdur. Videonun altındakı şərhlərdə ruslar dronların hava hücumundan müdafiə sistemləri tərəfindən vurulmamasından qəzəblənirlər:

“İndi yazacaqlar ki, “hər şey nəzarətdədir, yuxarı baxmayın”, “Nəyə gerəsə bizim hava hücumundan müdafiəmiz daha bir pilotsuz təyyarənin Rostov vilayətinə uçmasına mane olmadı”, “Niyə bizim sərhədimizdən də keçirlər?”, “Nə zaman lazımdır, o zaman hava hücumundan müdafiə işləmir”, “Hava hücumundan müdafiə haradadır?!” və s.

//Samir Qurbanov, Editor.az