Rusiyanın Ryazan vilayətində partlayışlar olubbackend

Rusiyanın Ryazan vilayətində partlayışlar olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dekabrın 4-nə keçən gecə Rusiyanın Ryazan vilayətində partlayışlar olub.

Bu barədə Rusiyanın “Astra Telegram” kanalı yerli sakinlərə istinadən yazır. Nəşrə görə, partlayışlar vilayət mərkəzinin kənarındakı Dyaqilevo hərbi aerodromunun yaxınlığında baş verib. Orada hava hücumundan müdafiə sistemi fəaliyyət göstərib.

Ryazan vilayətinin qubernatoru Pavel Malkov səhər saatlarında bölgə səmasında 3 pilotsuz uçan aparatın vurulduğunu açıqlayıb və heç bir itki və dağıntı olmadığını deyib. PUA-ların dağıntıları Korablinski rayonundakı evlərin pəncərələrini sındırıb.

//Samir Qurbanov, Editor.az