Rusiyanın S7 aviaşirkətinin təyyarəsi göydə alışdıbackend

Rusiyanın S7 aviaşirkətinin təyyarəsi göydə alışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mühərriklərdə baş verən yanğın səbəbindən Rusiyanın S7 aviaşirkətinin təyyarəsi Novosibirskdə məcburi eniş edib.

Editor.az bildirir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Qeyd olunur ki, Novosibirsk-Moskva reysi yerli vaxtla saat 06:21-də başlayıb. Demək olar ki, qalxdıqdan dərhal sonra təzyiqin mümkün azalması səbəbindən mühərriklərdə problemlər yaranıb.

Rusiya mətbuatının məlumatına görə, saat 07:04-də təyyarə Tolmaçevo hava limanına təhlükəsiz eniş edib. 176 sərnişinin hamısı xəsarət almadan təyyarəni təkbaşına tərk ediblər. Eniş zamanı kapitan bildirib ki, əyləclər alışıb. Məlumata görə, mühərriklər uçuş zamanı alışıb. Təyyarədə 176 sərnişin olub, xəsarət alan olmayıb.

//Samir Qurbanov, Editor.az