Fevralın 11-nə keçən gecə Rusiya Federasiyasının Saratov Neft Emalı Zavoduna hücum edilib.
Bu barədə Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko məlumat verib. Onun sözlərinə görə, bu, ilk belə hücum deyil. “Saratov Neft Emalı Zavodu Rusiyanın yanacaq infrastrukturunun əsas obyektlərindən biridir. Onun emal gücü ildə 7 milyon ton neftə çatır”, – Kovalenko qeyd edib.
O bildirib ki, zavod rus işğalçılarının yanacaqla təmin olunmasında mühüm rol oynayır. Hətta İkinci Dünya Müharibəsi zamanı neft emalı zavodu hərbi logistika üçün çox vacib idi və indi yanacaq təchizatının mühüm elementidir. “Saratov Neft Emalı Zavodundan əlavə Engesə də hücum edilib”, – Kovalenko əlavə edib.
Rusiya mətbuatının məlumatına görə, səhər saat 4 radələrində Engels üzərində ən azı 11 partlayış baş verib. Pulemyot atəşinə bənzər səslər eşidilib. Yerli sakinlər bildiriblər ki, rayonda siqnalizasiya sistemi işə düşüb. İlkin məlumata görə, bir neçə hava hədəfi məhv edilib.
//Samir Qurbanov, Editor.az