Rusiyanın səfərbər etdiyi yarım milyonluq ordu nəyi gözləyir?-Putinin çəkindiyi MƏQAMLAR backend

Rusiyanın səfərbər etdiyi yarım milyonluq ordu nəyi gözləyir?-Putinin çəkindiyi MƏQAMLAR 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bir ildən çoxdur davam edən Rusiya-Ukrayna müharibəsi özünün həlledici məqamına daxil olur. Havaların normallaşması ilə müharibənin daha da qızışacağı xəbərləri yayılır və görünən odur ki, bu, belə də olacaq”.

Bu fikirləri Editor.az-a politoloq Azər Qasımov Rusiya-Ukrayna müharibəsinin hazırkı mərhələsi barədə şərhində bildirib.

Politoloq Rusiyanın müharibəyə yarım milyondan çox hərbçi səfərbər etdiyini bildirib:

“Ukrayna Qərb alyansından aldığı silahlar hesabına yeni ordu formalaşdırıb və buna davam edir. Baxmutda isə qətliam davam edir. Rus ordusu xüsusən ciddi itkilər verir. Hər gün 800-1100arası rus əsgərinin öldürüldüyü deyilir. Baxmut strateji ərazi olmasa da keçən yaydan bura rus ordusunun hücum etsə də ala bilmədiyi bir şəhər kimi artıq elə bir statusa yiyələnib ki, onun alınması Stalinqrad ətrafındakı hadisələrlə əlaqələndirilir. Məsələ ondadır ki, Stalinqrad da ll dünya müharibəsinin dönüm nöqtəsi olmuşdu. Ukrayna üçün Baxmutun əldə saxlanılması vaxt qazanmaq, rusların başını burda qatmaqla yeni ordu hazırlamaq məqsədi güdürsə, Rusiya üçün Baxmut heç olmasa bu kiçik şəhəri ələ keçirməklə orduda olan ruh düşkünlüyünü aradan qaldırılması məqsədi daşıyır və daxili auditoriyada informasiya təbliğatına çevirmək istəyirlər.
Rusiyanın səfərbər etdiyi yarım milyonluq ordunun hücumu uzun zamandır gözlənilir, amma bu baş vermir. Hesab etmək olar ki, Rusiya rəhbərliyi başa düşür ki, bu ordunun da işə yaramayacağı durumda Rusiyada daxili proseslərin gərginləşəcəyi qaçılmaz olacaq və parçalanma dövrünə daxil olacaq. Buna görə də həmin ordunu Ukraynanın hücumunu dəf etmək üçün saxlayır. Hadisələrin gedişinə uyğun olaraq ya əks hücum planlayır, ya da məğlub duruma düşülməsi halında daxili narazılıqları yatırmaq üçün bu ordudan istifadə etmək istəyir”.

“Ukrayna xalqı qəhrəman xalqdır. Onun qəhrəman dövlət başçısı Zelenski də əsl dövlət rəhbəridir. Qələbənin hər bir halda Ukrayna xalqı ilə olacağı şübhəsizdir. Çünki artıq onlar indiki məqamda belə qalibdirlər. Dünyanın ikinci ordusu hesab edilən Rusiya ordusunun “gücünü” hamıya göstərdilər”,-deyə politoloq sonda qeyd edib.

//Gülnarə Abasova, Editor.az